10:31 27-08-2021
news_image
571
FUTBOL

Avrokubokdakı qazancı açıqlandı - “Qarabağ” və “Neftçi”nin

“Qarabağ”ın Konfrans Liqasının qrupuna düşdüyü üçün qazandığı mükafatın məbləği bəlli olub. 

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 2,94 milyon avro əldə edib.

Qitənin 3-cü dərəcəli klub turnirinin qrupuna çıxan hər komanda məhz bu qədər vəsait əldə edir. Bunun üçün UEFA ümumilikdə 94 milyon ayırıb.

“Qarabağ” əvvəlki mərhələlərdə 1 milyon 50 min avro əldə edib. Qrupda tutacağı yer və nəticələr təmsilçimizə əlavə gəlir gətirəcək.

“Neftçi” isə öz ölkəsinin çempionu kimi avrokuboklarla vidalaşdığı üçün 260 min avro vəsait alıb. Bununla da bakılıların cari mövsümdəki ümumi qazancı 1 milyon 410 min təşkil edib.

Qeyd edək ki, mübarizəni dayandıran “Sumqayıt”la “Keşlə”nin qazancı 450 min təşkil edib.