11:46 27-08-2021
news_image
80
FUTBOL

Mbappenin transfer qiymətində güzəştə getməyəcək - PSJ

Fransanın PSJ klubu futbolçusu Killian Mbappenin transfer qiymətində güzəştə getməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu klubun prezidenti Nasser Al-Xelaifi açıqlayıb.

O bildirib ki, parislilər fikrini dəyişmək niyyətində deyil: “Klubun mövqeyi aydındır. Heç nə dəyişməyib, hər şey əvvəlki kimidir. Öz tələblərimizi dəyişmək və ya təkrarlamaq istəmirik”.

Qeyd edək ki, Mbappe komanda yoldaşlarına “Real”a keçəcəyini bildirib. PSJ onun keçidi üçün 170+10 milyon avro tələb edir.