13:48 27-08-2021
news_image
256
FUTBOL

Ronaldodan vida - “Yuventus”da

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Yuventus”dakı komanda yoldaşları ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, komandanın bazasına gələn hücumçu məşq etmədən oradan ayrılıb.

O, yoldaşları ilə sağollaşaraq əşyalarını da özü ilə götürüb. Onun yaxın saatlarda İtaliyanı tərk edəcəyi gözlənilir.

Ronaldonun agenti Jorje Mendeş “Mançester Siti” ilə danışıqları davam etdirir. Hücumçunun da məhz İngiltərə klubuna keçəcəyi iddia olunur.

Qeyd edək ki, 2018-ci ildən “Yuventus”da oynayan Ronaldonun müqaviləsi 2022-ci ildə başa çatacaq.