17:21 27-08-2021
news_image
167
FUTBOL

“Ronaldo gedir, amma həyat davam edir” - Alleqri

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Yuventus”dan gedəcək.

Apasport.az saytının məlumatına görə, bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri təsdiqləyib.

O bildirib ki, 36 yaşlı hücumçu komandada qalmayacaq: “Ronaldonun adı növbəti oyunun sifariş vərəqinə daxil edilməyəcək. O, dünən mənə dedi ki, “Yuventus”da qalmaq niyyətində deyil. Bu gün Ronaldo komanda ilə məşq etməyib. Hər şeyin sonu var, bu həyatın qanunudur. Ronaldo gedir, amma həyat davam edir. “Yuventus” qalır, bu da ən vacibidir”.