00:38 28-08-2021
news_image
602
FUTBOL

Mbappeyə əvəzləyici tapdı – PSJ

Fransanın PSJ klubu komandadan ayrılmağa qərar verən Killian Mbappeyə əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunu Erlinq Haland əvəz etməlidir.

Paris təmsilçisi Norveç yığmasının üzvünü bu yay transfer etmək niyyətindədir. Fransalılar Dortmund “Borussiya”sının futbolçusunun agenti Mino Rayola ilə əlaqə də saxlayıb.

Liqa1 təmsilçisi transfer pəncərəsinin son günlərində keçidi həll etməyə köklənib. PSJ Mbappenin “Real”a satışından əldə olunan vəsaitin bir hissəsi hesabına “Borussiya”nı razı sala bilər.