10:23 28-08-2021
news_image
314
FUTBOL

Yığmada oynamaqdan imtina etdi – milliləşdirilir

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Mateus Nunyes karyerasında ilk dəfə Braziliya yığmasına çağırılıb.

Apasport.az saytının məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi dəvəti rədd edib.

Buna Portuqaliya millisində oynamaq perspektivi səbəb olub. Belə ki, pireneylilərin baş məşqçisi Fernando Santos Nunyeslə görüşərək onun milliləşməsini müzakirə edib.

Braziliyada anadan olan futbolçu 12 ildir Portuqaliyada yaşadığından bu təklif ona cəlbedici görünüb. Nunyes DÇ-2022-nin seçmə mərhələsinin Çili, Argentina və Peru ilə matçlarına yollanmaqdan imtina edib.