11:37 28-08-2021
news_image
112
TOKİO-2020

Paralimpiyaçıları təbrik etdi - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Tokio2020: Yay Paralimpiya Oyunlarında qələbə qazanan idmançıları təbrik edib.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!”.