00:38 29-08-2021
news_image
160
FUTBOL

Özünə klub axtarır – Berardi

İtaliya millisinin futbolçusu Domeniko Berardi özünə yeni klub axtarır.

Apasport.az saytının məlumatına görə, “Sassuolo”nun hücumçusu bununla bağlı agentlərinə xüsusi tapşırıq verib.

O, transfer pəncərəsinin son günlərində də olsa, klubunu dəyişmək istəyir. “Fiorentina”nın onun xidmətində maraqlı olduğu bildirilir. Lakin “Sassuolo”nun istədiyi 35 milyon avro florensiyalıları qane etmir.

Qeyd edək ki, Berardi AVRO-2020-nin qalibidir.