12:51 28-08-2021
news_image
190
FUTBOL

50-ci darmadağın – “Neftçi” ilə

Azərbaycan klubları avrokuboklar tarixində 50-ci dəfə böyük hesabla uduzub.

Apasport.az saytının məlumatına görə, yubiley “Neftçi”dən gəlib.

Bakı klubu Konfrans Liqasında pley-off mərhələsinin İsraildəki matçında Hayfa “Hapoel”indən 4 cavabsız qol buraxıb. Bu, Azərbaycan çempionunun mövsümdə ikinci darmadağını olub.

Avropa Liqasının III təsnifat mərhələsində HİK Samir Abasovun yetirmələrini Finlandiyadan üç cavasız qolla yola salmışdı.

Bu, “Neftçi”nin tarixində 9-cu belə darmadağındır. Ümumilikdə isə 1994-cü ildə Avropaya çıxan komandalarımız 50-ci dəfə üç və ya daha çox top fərqilə uduzdu.

Antirekord “Qarabağ”dadır – 16 dəfə. Amma ağdamlılar 134, “Neftçi” 74 matç keçirib.

Ümumilikdə 13 komandamız darmadağın yaşayıb. Digərlərində bu rəqəm 4 və daha aşağıdır.

Qeyd edək ki, ilk darmadağına “Fənərbaxça”dan 5 qol buraxan “Turan” 1994-cü ildə imza atıb. Ən ağır məğlubiyyət isə “Qutnik”dən 9 top buraxan “Xəzri”yə məxsusdur.