13:59 28-08-2021
news_image
135
FUTBOL

3 ilə 50-yə çatdı – Lautaro Martines

Lautaro Martines İtaliya “İnter”ində 50-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, hücumçu A seriyasının II turunun “Verona” ilə matçında (3:1) fərqlənib.

24 yaşlı argentinalı bu qolla da “100”ü yarılayıb. 2018-ci ildən Milan klubunda çıxış edən forvard 3 ilə bunu bacarıb.

Qeyd edək ki, Lautaro “İnter”də 133 oyun keçirib. O, orta hesabla hər 173 dəqiqədən bir qol vurub.