14:53 28-08-2021
news_image
252
FUTBOL

Avrokubok matçlarına təhlükə - oyunlar harada keçiriləcək?

Avrokubokların bəzi oyunları yenə başqa ölkələrdə keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Ötən mövsümdə olduğu kimi bəzi qarşılaşmaların keçirilməsi sual altına düşüb. Yeri dəyişdirilə biləcək ilk matçlar Böyük Britaniyada baş tutması planlaşdırılan oyunlardır.

Artıq Çempionlar Liqasının “Çelsi” – “Zenit” qarşılaşmasının taleyi sual altına düşüb. İngiltərəyə girişlə bağlı sərt məhdudiyyətlərin olması üzündən görüşün başqa ölkədə təşkili ehtimal olunur.