16:14 28-08-2021
news_image
87
FUTBOL

Qızıl medal qazanan daha üç paracüdoçumuzu təbrik etdi - Prezident İlham Əliyev

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbəsi ilə bağlı növbəti paylaşım edib.

APA-nın məlumatına görə, ölkə Prezidentinin “Twitter” hesabında paylaşdığı təbrikdə bildirilir:

"Tokio-2020 Yay Paralimpiya Oyunlarında komandamızın qazandığı qızıl medalların sayı altıya çatmışdır. Bu münasibətlə növbəti qızıl medallar qazanmış Sevda Vəliyeva, Xanım Hüseynova və Hüseyn Rəhimlini səmimi qəlbdən təbrik edir və komandamıza yeni-yeni nailiyyətlər arzu edirəm!"