20:57 28-08-2021
news_image
154
TOKİO-2020

7-ci qızıl medalı qazandıran idmançımızla bağlı paylaşım etdi - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan daha bir idmançımızı təbrik edib.

APA-nın məlumatına görə, Mehriban Əliyeva bununla bağlı "İnstagram" hesabında paylaşım edib.

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi-qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzılayıram!”.