11:33 29-08-2021
news_image
247
FUTBOL

Ronaldo hamını qabaqladı – Premyer Liqada

İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalı yeni qayıtdığı “Mançester Yunayted”də həftəyə 480 min funt sterlinq maaş alacaq. O, Romelu Lukakunu arxada qoyub. Belçikalı “Çelsi”də 450 min qazanır.

İlk “üçlüy”ü Kevin de Breyne qapayır. “Mançester Siti”nin belçikalısının qazancı 385 min təşkil edir.

Ən çox qazanan 10 futbolçu (həftəlik min funt sterlinqlə)
1. Kriştiano Ronaldo (Mançester Yunayted) – 480
2. Romelu Lukaku (Çelsi) – 450
3. Kevin de Breyne (Mançester Siti) – 385
4. Cek Qriliş (Mançester Siti) – 380
5. David de Xea (Mançester Yunayted) – 375
6. Pyer-Emerik Obameyanq (Arsenal) – 350
7-8. Rahim Sterlinq (Mançester Yunayted) – 300
7-8. Harri Keyn (Tottenhem) – 300
9. Pol Poqba (Mançester Yunayted) – 290
10. Antoni Marsial (Mançester Yunayted) - 250