22:04 28-08-2021
news_image
187
FUTBOL

“Emreli, səninlə qürur duyuram” - İradə İbrahimova

Müğənni İradə İbrahimova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, sənətçi instaqram hesabında futbolçu Mahir Emrelinin uğuru ilə bağlı paylaşım edib.

O, futbolçunun fotolarını yayımlayaraq ona qələbədə pay sahibi olduğuna görə təşəkkür edib.

“Emreli, səninlə qürur duyuram. Vətəni sevmək belə olur. Təşəkkürlər sənə”, - deyə İbrahimova bildirib.

Mahir Emreli "Slaviya" ilə matçda dubl edərək "Legiya"nı 5 illik fasilədən sonra avrokubokların qrup mərhələsinə çıxarıb. Bununla da futbolçumuz polşalı azarkeşlərin sevimlisinə çevrilib.