22:26 28-08-2021
news_image
181
FUTBOL

Namik start heyətində - “Bursaspor”un

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov bu gün Türkiyə çempionatında debüt edəcək.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın bombardiri “Bursaspor”da ilk matçını keçirəcək.

O, “Eyüpspor”la bugünkü qarşılaşmanın start heyətində olacaq. Futbolçunun adı matçın protokoluna ilk “11-lik”də daxil edilib.

Qeyd edək ki, 1-ci liqanın oyunu saat 22:45-də başlayacaq.