22:30 28-08-2021
news_image
238
FUTBOL

Salah xilas etdi – “Liverpul”u

İngiltərə Premyer Liqasında III turun mərkəzi oyunu başa çatıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul” öz meydanında “Çelsi”ni qəbul edib.

Qarşılaşma qollu sülhlə nəticələnib. Qonaqlar 22-ci dəqiqədə hesabı açıb. Kay Haverts fərqlənib. Mersisaydlılar 45+5-ci dəqiqədə tarazlıq yaradıb. Ris Ceymsin qırmızı vərəqə aldığı epizodda təyin olunan penaltini Məhəmməd Salah yerinə yetirib.

Qeyd edək ki, günün digər maraqlı görüşündə “Mançester Siti” “Arsenal”ı top atəşinə tutub – 5:0.