00:57 29-08-2021
news_image
209
FUTBOL

Uğursuz debüt – Namikdən

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun “Bursaspor”unda debütü uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilk matçında məğlubiyyətə şahid olub.

1-ci liqada mübarizə aparan Bursa təmsilçisi öz evində “Eyüpspor”la görüşüb. Start heyətində yer alan Namik 69-cu dəqiqədə əvəzlənib.

Onun komandası 0:2 hesabı ilə uduzub. 65-ci dəqiqədə hesabı Azərbaycan yığmasının sabiq oyunçusu Timur Təməltaş açıb. Onun kimi İlter Taşkın da səfər qələbəsinə sevinən tərəfdə olub. Ufuk Budak isə Namiklə eyni komandada meydana çıxıb.

Qeyd edək ki, ilk üç turda xal itirməyən “Eyüpspor” liderliyə şərikdirsə, cəmi 1 xala malik bursalılar 19 komanda arasında 15-cidir.