00:59 29-08-2021
news_image
195
FUTBOL

Türkiyədə ilk qoluna sevindi – Vüsal İsgəndərli

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Türkiyə çempionatında qol hesabını açıb.

Apasport.az saytının məlumatına görə, o, 1-ci liqanın III turunda fərqlənib.

Vüsal şərəfini qoruduğu “Keçiörəngücü”nün “Adanaspor”la görüşündə qol sevinci yaşayıb. Təmsilçimiz 52-ci dəqiqədə rəqib qapısına yol tapıb. 

O, 2:0 hesablı qələbə qazanan komandasının son qolunun müəllifi olub. Start heyətdə meydana çıxan İsgəndərli 85-ci dəqiqədə əvəzlənib.

Mövsümdə ilk qələbəsini qazanan Ankara təmsilçisi xal hesabını 4-ə çatdırıb. Vüsal hər üç matçda iştirak edib.