10:02 29-08-2021
news_image
145
FUTBOL

300-ü keçdi – Müllerə 3 addım qaldı

Robert Levandovski Almaniya “Bavariya”sında qol sayında 300-ü keçib.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu Bundesliqanın III turunun matçında fərqlənib.

O, “Herta” ilə görüşdəki 5:0 hesablı qələbəyə 3 qolla töhfə verib. Levandovski bununla da qol sayını 301-ə çatdırıb.

Het-trik müəllifi olan polşalı ardıcıl 13-cü Bundesliqa matçında meydanı qolsuz tərk etmir. Onu Herd Müllerin rekordundan 3 oyun ayırır.