11:42 29-08-2021
news_image
410
TOKİO-2020

Yığmamız 11-ci medalı qazandı - İlham Zəkiyev 4-ə çatdı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

Apasport.az saytının məlumatına görə, paracüdo üzrə yığmamızın lideri İlham Zəkiyev (+100 kq) Paralimpiadada 3-cü yeri tutub. 

Buna həmyerlimizin rəqibi olan Şirin Şaripovun (Özbəkistan) bürünc medal uğrunda görüşə çıxmayacağı səbəb olub. Nəticədə Azərbaycan yığması Tokioda 11-ci medalını qazanıb. Komandamızın hesabında 8 qızıl, 3 bürünc mükafat var. 

Bu, Zəkiyevin karyerasında 4-cü Paralimpiada medalı olub. Millimizin lideri Afina-2004 və Pekin-2008-də qızıl, London-2012 və Tokio-2020-də bürünc mükafat qazanıb. 

Qeyd edək ki, 1/4 finalda Cənubi Koreya təmsilçisi Van-Gen Çoiyə uduzan Zəkiyev təsəlliverici qarşılaşmada yamaykalı Teador Subbaya qalib gələrək bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb.