12:16 29-08-2021
news_image
127
FUTBOL

Noyerdən tarixi nəticə - Bundesliqada

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqa tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin qapıçısı çempionatda 205-ci quru oyununu keçirib.

Bu, “Herta” ilə matçda (5:0) rəsmiləşib. Noyer Bundesliqa tarixində ən çox quru oyun keçirən qapıçı adına yiyələnib.

O, əfsanəvi Oliver Kanı arxada qoyub. Sonuncunun hesabında 204 quru oyun var.