15:26 29-08-2021
news_image
98
FUTBOL

Kante zədələndi – Tuxel açıqladı

İngiltərənin “Çelsi” klubu itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Tomas Tuxel açıqlayıb.

Alman mütəxəssis bildirib ki, Nqolo Kante zədələnib. Yarımmüdafiəçi Premyer Liqanın III turunun “Liverpul”la görüşündə (1:1) xəsarət alıb.

Tuxelin sözlərinə görə, “Arsenal”la matçı tam keçirməyən Kante bərpa olunsa da, mersisaydlılarla görüşdə zədəsini yeniləyib. Onun nə vaxt meydana qayıdacağı müayinələrdən sonra bəlli olacaq.