16:00 29-08-2021
news_image
283
FUTBOL

Coşqun Diniyevlə vidalaşdı - "Sabah"

“Sabah” Coşqun Diniyevlə yollarını ayırıb.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Diniyev 2019-cu ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandada keçirdiyi 54 oyunda 2 qola imza atıb.