17:17 29-08-2021
news_image
214
FUTBOL

16 milyonluq transfer – “Bavariya”dan

Almaniya klubları “Bavariya” və “Leypsiq” Marsel Zabitserin keçidində razılıq əldə edib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi transfer pəncərəsinin son günlərində Münhen təmsilçisinə qoşulacaq.

Onun transferi 16 milyon avroya başa gəlib. Leypsiqlilərin Zabitserlə anlaşması gələn ilin yayında başa çatmalı idi.