18:12 29-08-2021
news_image
193
FUTBOL

Premyer Liqa klubunun hədəfində - “Ayaks”ın vingeri

Niderland “Ayaks”ının futbolçusu David Neres karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, vinger “Lester”in maraq dairəsinə düşüb.

“Tülkülər” 24 yaşlı futbolçunu transfer pəncərəsinin son günlərində heyətinə qatmağı planlaşdırır. Bunun üçün Premyer Liqa klubunun üç gün vaxtı qalıb.

“Ayaks”ın futbolçusu digər variantları da nəzərdən keçirir. Neres Bundesliqadan da bir neçə təklif alıb.