20:28 29-08-2021
news_image
148
FUTBOL

Tarixdə ikinci – “Mançester Yunayted”də

Premyer Liqanın hazırda davam edən “Vulverhempton”la oyunu Ole-Qunnar Sulşerin “Mançester Yunayted”in baş məşqçisi kimi 100-cü çempionat matçıdır.

Apasport.az saytının məlumatına görə, norveçli Premyer Liqada 52 qələbəyə sevinib.

Onun yetirmələri 28 heç-heçə edib və 19 məğlubiyyət alıb. Sulşer “Mançester Yunayted”i 100 və daha çox çempionat maçına çıxaran 8-ci baş məşqçidir.

Onlardan yalnız biri daha çox qələbəyə sevinib. Ernest Manqnall ilk 100 oyunda 54 dəfə qalib gəlib. Bugünkü oyunda qələbə də Sulşerə rekordu təkrarlamaq üçün yetərli olmayacaq.

Qeyd edək ki, Manqnall 1903-12-ci illərdə “Mançester Yunayted”in baş məşqçisi olub. O, 2007/08 və 2010/11 mövsümlərində çempionluq yaşayıb.