00:00 30-08-2021
news_image
173
FUTBOL

Emersonu buraxmadı – “Barselona”

İspaniyanın “Barselona” klubu müdafiəçisi Emersonu “Tottenhem”ə buraxmayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə təmsilçisinin təklifi La Liqa klubunu qane etməyib.

Londonlular Serj Orye və 20 milyon avro təklif edib. Barselonanın eyniadlı təmsilçisi yalnız həddən artıq cəlbedici təklif zamanı Emersonu buraxmağı nəzərdən keçirə bilər.

“Tottenhem” transferlə bağlı daha bir təklif hazırlayır. İngiltərəlilər pəncərənin son günlərində keçidi həll etməyə ümidlidir.