20:33 29-08-2021
news_image
132
FUTBOL

30 minə çatdı – Premyer Liqa

İngiltərə Premyer Liqasında yubiley qolu vurulub.

Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiki adı ilə keçirilən yarışda 30000-ci qol qeydə alınıb.

Bu qola Kris Vud imza atıb. “Bernli”nin hücumçusu III turun “Lids”lə matçında (1:1) fərqlənib.

29 yaşlı yeni zelandiyalı bununla da yubiley qolunun müəllifi kimi tarixə düşüb.

Qeyd edək ki, 25000-ci qola 2016-cı ildə Zlatan İbrahimoviç imza atıb.