20:45 29-08-2021
news_image
151
DİGƏR NÖVLƏR

Bolqarıstanda medal qazandı - gimnastımız

Azərbaycanın aerobika gimnastları Bolqarıstanda beynəlxalq turnirdə iştirak ediblər. 

Apasport.az saytının məlumatına görə, 12-ci “Plovdiv Cup” adlı açıq yarışda Vladimir Dolmatov, Nurcan Cabbarlı, Dilarə Qurbanova və Məryəm Topçubaşova mübarizə aparıb.

Son dünya çempionatının finalçısı olan Vladimir bu dəfə də fərqlənməyi bacarıb. O, fəxri kürsünün 3-cü pilləsində yer alıb. 1-ci və 2-ci yerlərdə isə müvafiq olaraq Meksika və İtaliyanın təmsilçiləri qərarlaşıb.