21:31 29-08-2021
news_image
483
FUTBOL

Emreli də xilas edə bilmədi – “Legiya”nı

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa “Legiya”sında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Ekstraklasanın “Visla” ilə Krakovdakı matçında iştirak edib.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan forvard fasilədən sonra meydana daxil olub. İlk yarıda bir qol buraxan “Legiya” məğlubiyyətdən qaça bilməyib.

Bu, Mahirin Polşa çempionatında 3-cü matçı kimi yadda qalıb. O, bütün görüşlərdə sonradan komanda yoldaşını əvəzləyib.

Qeyd edək ki, Mahir gələn həftə Azərbaycan yığmasının təlim-məşq toplanışına qatılacaq.