22:10 29-08-2021
news_image
201
FUTBOL

Superliqa2 də olacaq – nəhənglər ideyasından əl çəkmir

“Yuventus”, “Barselona” və “Real” klubları Superliqa ideyasından əl çəkmir.

Apasport.az saytının məlumatına görə, Avropa nəhəngləri layihənin yeni formatını müzakirə ediblər.

Klublar iki variantı nəzərdən keçirir. Birincisi, Superliqa1 ilə yanaşı, Superliqa2 də olacaq. Üç komanda aşağı dəstəyə düşəcək, əvəzində ikisi yüksək liqaya vəsiqə qazanacaq. Daha bir klub isə “vildkard”la dəvət alacaq.

Klubların müzakirə etdiyi ikinci variant indiki Çempionlar Liqasını xatırladır. Superliqa2-yə klublar öz ölkələrindəki nəticələrə əsasən dəvət alacaq. Hər il 17 komanda Avropa ölkələrindən gələcəksə, digər 3 klub Superliqa1-i tərk edənlər olacaq.

Qeyd edək ki, bir neçə ay əvvəl qapalı Superliqa təsis edən 12 klubdan 9-u sərt sanksiyalarla üzləşməmək üçün layihədən çıxıb.