09:37 30-08-2021
news_image
337
FUTBOL

Gözlənilməz xahiş - Messidən

PSJ Liqa1-in IV turunda “Reyms”ə 2:0 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, Lionel Messinin Paris təmsilçisindəki debütü ilə əlamətdar olan matçın sonunda maraqlı hadisə yaşanıb.

“Reyms”in qapıçısı Predraq Raykoviç hücumçuya yaxınlaşaraq ondan xahiş edib. Qolkiper argentinalı ulduzun oğlunu qucağına götürüb şəkil çəkdirmək istəyib. Raykoviç kumiri və oğlu ilə şəkil də çəkdirib.

Qeyd edək ki, Lionel Killian Mbappenin dubl etdiyi görüşün ikinci yarısında meydana daxil olub.