09:40 30-08-2021
news_image
238
TOKİO-2020

13-cü medal – Tokio-2020-də

Azərbaycan Yay Paralimpiya Oyunlarında daha bir medal qazanıb. 

Apasport.az saytının məlumatına görə, millimizin paraatleti Səid Nəcəfzadə mükafatçılar sırasında yer alıb. 

O, uzunluğa tullanma yarışlarında 7,03 m nəticə göstərərək bürünc medal qazanıb.

Bununla da Azərbaycan millisinin aktivindəki mükafatların sayı 13-ə çatıb. Paralimpiyaçılarımız 9 qızıl və 4 bürünc medal əldə ediblər.