10:59 30-08-2021
news_image
191
FUTBOL

“Slaviya”ya keçidi rəsmiləşdi – yığmamızın sabiq hücumçusunun

Azərbaycan yığmasının sabiq futbolçusu Ruslan Qurbanovun “Slaviya”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, milliləşən hücumçu Belarus təmsilçisi ilə müqavilə imzalayıb.

Ölkəmizdə son klubu “Zirə” olan forvard “Slaviya”nın uğurları üçün çalışacaq. Belarus çempionatının yüksək liqasında mübarizə aparan Mozır təmsilçisi aşağı dəstəyə yuvarlanmamaq üçün mübarizə aparır. 20 matçda 14 xal toplayan komanda 16 iştirakçı arasında 14-cüdür.

Qeyd edək ki, Ruslan ölkəmizdə “Neftçi”, “Sumqayıt”, “Qəbələ”, “Keşlə”, “Səbail” və “Zirə”nin formasını geyinib.