11:34 30-08-2021
news_image
114
FUTBOL

Pyaniç “Yuventus”a qayıdır – maaşın yarısını “Barselona” ödəyəcək

İspaniyanın “Barselona” klubu Miralem Pyaniçi “Yuventus”a icarəyə verəcək.

Apasport.az saytının məlumatına görə, bosniya və herseqovinalı yarımmüdafiəçinin keçidi ilə bağlı ilkin razılıq əldə olunub.

Futbolçu Turin klubuna 1 illik qoşulacaq. Onun maaşının yarısını “Barselona” ödəyəcək.

Qeyd edək ki, Pyaniç ötən mövsüm 19 oyun keçirib.