12:09 30-08-2021
news_image
177
FUTBOL

Hakimi bəlli oldu - Lüksemburq – Azərbaycan oyununun

Lüksemburq – Azərbaycan oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, matçı Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Baş hakim İrfan Peljto olacaq. DÇ-2022-nin seçmə mərhələsinin oyununda ona Senad İbrisimbeqoviçlə Davor Belyo kömək edəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.

VAR hakimləri isə Almaniyadan olacaq. Marko Frits referi, Markus Sinn köməkçi funksiyasını icra edəcək.

Qeyd edək ki, sentyabrın 1-də “Stad de Lüksemburq”da keçiriləcək matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.