12:17 30-08-2021
news_image
132
FUTBOL

Denis Şurmana əmanət – millimizin Xorvatiya ilə oyunu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AVRO-2023-ün ilk seçmə oyunundakı hakimlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, millimizin Xorvatiya ilə sentyabrın 2-dəki səfər matçı Ukrayna təmsilçilərinə tapşırılıb.

Velika Qoritsadakı şəhər stadionundakı qarşılaşmanın baş hakimi Denis Şurman olacaq. Ona Aleksandr Korniyko və Viktor Nijnik kömək edəcək. Dördüncü hakim funksiyası Viktor Kopiyevskiyə tapşırılıb.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.