14:13 30-08-2021
news_image
153
FUTBOL

Təqvim problemi – DÇ-2022-nin seçmə mərhələsinə görə

İspaniya La Liqasında IV turun təqvimi dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, bununla bağlı İspaniya Kral Futbol Federasiyasının yarışların təşkili komitəsinə müraciət olunacaq.

Bu həftə oyunlarla bağlı qərar veriləcək. Məsələ ondadır ki, DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə oyunları Avropa vaxtı ilə sentyabrın 10-da keçiriləcək.

Həmin gün La Liqada “Levante” – “Valyekano” matçı, ertəsi gün daha 4 qarşılaşma keçirilməlidir. Həmin gün “Real” “Selta”nı, “Sevilya” “Barselona”nı qəbul edəcək.

La Liqa iki matçın “Vilyarreal” – “Alaves” və “Sevilya” – “Barselona” oyunlarını sentyabrın 11-dən qeyri-müəyyən müddətə təxirə salınmasını istəyir. “Real”ın qarşılaşması isə ayın 12-nə keçirilməlidir.

Qeyd edək ki, İspaniya çempionatının IX turunda da analoji problem yaranacaq.