00:00 31-08-2021
news_image
173
FUTBOL

Səfərdə Lüksemburqa uduzmayıb – yığmamız

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu Lüksemburqa qarşı keçirəcək.

Apasport.az saytının məlumatına görə, sentyabrın 1-dəki matç iki rəqib arasında 6-cı qarşılaşma olacaq.

“Cırtdan”larla əvvəlki oyunlarda tarazlıq hökm sürür. Hərəyə 1 qələbəsi olan rəqiblər 3 dəfə heç-heçə edib.

Hər komandanın aktivində 4 qol var. Yığmamız yeganə qələbəsini 11 il əvvəl yoldaşlıq oyununda qazanıb.

Rəsmi turnirlərdə qələbə həsrətində olan yığmamız üç heç-heçə və bir məğlubiyyətlə üzləşib. Komandamız hələ səfərdə uduzmayıb. Rəqib meydanında yoxlama oyununda qələbə, rəsmi matçlarda heç-heçələr qeydə alınıb.

Yoldaşlıq oyunu
03.03.2010. Lüksemburq – Azərbaycan – 1:2
Ceff Ştrasser, 34 // Fərid Quliyev, 28, Elvin Məmmədov, 37

DÇ-2014-ün seçmə mərhələsi
22.03.2013. Azərbaycan – Lüksemburq – 1:1
Ruslan Abışov, 71 // Stefano Bensi, 79
07.06.2013. Lüksemburq – Azərbaycan – 0:0

Millətlər Liqası
05.09.2020. Lüksemburq – Azərbaycan – 0:0
17.11.2020. Azərbaycan – Lüksemburq – 1:2
Ramil Şeydayev, 43 // Anton Krivotsyuk, 48 (avtoqol), Jerson Rodriges, 72 (pen.)