15:23 30-08-2021
news_image
156
FUTBOL

“Qəbələ” püşkü gözləyir – rəqiblər bəllidir

Sabah UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkatması keçiriləcək.

Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər kubokunun qalibi olan “Qəbələ"nin rəqibi müəyyənləşəcək.

“Qırmızı-qaralar”ın mübarizə aparacağı Çempionlar yolunun 1-ci mərhələnin 32 iştirakçısı 16 cüt təşkil edəcək. “Qəbələ” ilə yanaşı, "Deportivo” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Genk" (Belçika), “Alkmaar” (Niderland), "Trabzonspor" (Türkiyə), "Midtülland" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Çexiya), APOEL (Kipr), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rusenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Bolqarıstan), “Şikzereda" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Macarıstan), "Jalgiris" (Litva), "Akademiya" (Albaniya), “Dauqavpils” (Latviya), “Şkendiya” (Şimali Makedoniya), “Zvezda” (Bosniya və Herseqovina), “Sent Patriks” (İrlandiya) turnirdə mübarizə aparacaq.

Bu raundun ilk oyunları sentyabrın 29-da, cavab görüşləri isə oktyabrın 20-də keçiriləcək. 2-ci mərhələnin matçları noyabrın 3-də və 24-də baş tutacaq.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən ləğv edilən 2020/21 mövsümündə “Qəbələ”nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşması baş tutmayıb.