15:40 30-08-2021
news_image
183
FUTBOL

Startı və finişi açıqlandı - Azərbaycan kubokunun

Azərbaycan kubokunda yeni mövsüm dekabrın 10-da start götürəcək.

Apasport.az saytının məlumatına görə, yarış 1/8 final mərhələsindən başlayacaq.

Bu raundun matçları dekabrın 10-11-də baş tutacaq.

Turnir 2022-ci ildə davam etdiriləcək. Fevralın 1-2-də və 12-13-də 1/4 final mərhələsi təşkil olunacaq. Yarımfinallar aprelin 20-də və 29-da baş tutacaq.

Kubokun qalibi mayın 27-də bilinəcək. Həlledici görüşlə 2021/22 mövsümü başa çatacaq.