22:38 30-08-2021
news_image
166
FUTBOL

PSJ və “Yuventus” danışıqlara başladı – İkardi ilə

Fransa PSJ-si və İtaliya “Yuventus”u Mauro İkardinin keçidi ilə bağlı danışıqlar aparır. 

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçunun transfer pəncərəsinin son günlərində klubunu dəyişməsi nəzərdə tutulub. 

Paris təmsilçisi 28 yaşlı cənubi amerikalını sonradan transfer etmək öhdəliyi ilə icarəyə vermək niyyətindədir. Lakin turinlilər bu təklifə şübhə ilə yanaşır. 

Qeyd edək ki, İkardi PSJ-yə digər İtaliya klubu “İnter”dən keçib. O, Fransa klubunda 66 matçda 35 qol vurub.