23:28 30-08-2021
news_image
753
DİGƏR NÖVLƏR

Milyonçunun qızı ilə evləndi – rusiyalı hücumçu

Rusiyanın “Avanqard” klubunun hokkeyçisi İvan Teleqin ailə həyatı qurub.

Apasport.az saytının məlumatına görə, hücumçu Mariya Qonçarla evlənib.

Cütlük Moskva vilayətinin VVAQ şöbələrindən birində qeydiyyatdan keçib. Teleqin və Qonçar iki ilə yaxındır münasibətdədir.

Hokkeyçi evlənmək təklifini 2021-ci ilin yazında edib. İmkanlı ailədən olan Qonçar milyonçunun qızıdır.

Qeyd edək ki, Teleqin 2019-cu ilin dekabrında müğənni Pelaqeya ilə boşanıb. 2016-cı ildə evlənən cütlüyün Taisiya adlı qızı var.