17:25 30-08-2021
news_image
229
FUTBOL

Xorvatiya və Belarusa rəqib oldu - millimiz

19 yaşadək futzalçılar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının rəqibləri də bəlli olub.

Millimiz əsas mərhələdən mübarizəyə başlayacaq. Bu raundun oyunları 2022-ci il martın 15-20-də keçiriləcək.

Yığmamız G qrupunda yer alıb. Komandamız Xorvatiya, Belarus, Latviya ilə görüşəcək. Bu qrupun oyunları Xorvatiyada baş tutacaq.