00:32 31-08-2021
news_image
125
FUTBOL

“Barselona”nın hədəfində - “Arsenal”ın müdafiəçisi

İspaniya “Barselona”sı heyətinə yeni futbolçu qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Ektor Belyerinə elçi düşüb.

İspaniyalılar 26 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır. Belyerin də “topçular”dan ayrılmaq istəyindədir. Baş məşqçi Mikel Arteta ilə problemlər yaşayan ispan müdafiəçi vətənində oynamağa can atır.

Qeyd edək ki, Ektor ötən mövsüm 35 oyunda 1 qol vurub.