18:16 30-08-2021
news_image
260
FUTBOL

Çempionlar Liqasının püşkü atıldı – “Araz-Naxçıvan” üçün 3 rəqib

Futzal üzrə Çempionlar Liqasında əsas mərhələnin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan”ın rəqibləri bəlli olub.

Joze Alesionun baş məşqçisi olduğu komanda bu raundda VI qrupunda yer alacaq. “Araz-Naxçıvan” "Uraqan" (Ukrayna), "Liqeni" (Kosovo) və "Qalati" (Rumıniya) ilə qarşılaşacaq. Bu qrupun matçları Ukraynada baş tutacaq.

Qeyd edək ki, əsas mərhələ oktyabrın 26-31-də keçiriləcək.