09:27 31-08-2021
news_image
133
FUTBOL

Mbappe ilə danışıqları dayandırdı – “Real”

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappenin gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu karyerasını Paris təmsilçisində davam etdirəcək.

Forvardın xidmətində maraqlı olan “Real” PSJ ilə danışıqları dayandırıb. Mbappe üçün 170 milyon avro ödəməyə hazır olan İspaniya nəhənginin təklifi fransalıları qane etməyib. PSJ isə oyunçu üçün 200 milyon istəyib.

Futbolçunun özü də mövsümün sonuna qədər klubda qalmağa razılaşıb. Yeni müqavilə imzalamayacaq Killian gələn ilin yayında azad agent statusu alacaq.

Qeyd edək ki, Mbappeni heyətə qata bilməyən “Real” Fransa “Renn”inin yarımmüdafiəçisi Eduardo Kamavinqa üçün 30 milyon avro təklif edib.