10:18 31-08-2021
news_image
259
FUTBOL

Millimiz “2” alır – sentyabrın 1-də

Azərbaycan millisi sabah növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşacaq.

Bu səfər görüşü komandamızın tarixinə sentyabrın 1-də keçiriləcək 3-cü oyun kimi düşəcək. İndiyədək millimiz iki dəfə bu ayın ilk günündə meydana çıxıb.

Hər iki halda da matç səfərdə baş tutub. Həmin görüşlərin nəticəsi də eyni olub.

Maraqlıdır ki, sentyabrın 1-dəki matçlar həmişə DÇ seçmə mərhələsi çərçivəsində baş tutub. 2001-ci ildə Moldovada, 2017-ci ildə Norveçdə qonaq olan komandamız sınaqdan “2” alıb – 0:2.