11:26 31-08-2021
news_image
192
FUTBOL

Qətər klubuna gedir? – Mesut Özil

Türkiyə Super Liqasının ilk 3 turunda Vitor Pereyranın rəhbərliyi altında qələbələri sıralayan “Fənərbaxça”da Mesut Özilin formada olmadığı gözə çarpır. 

Apasport.az saytının məlumatına görə, hesabat oyununda “Altay”la qarşılaşmanı tribunadan izləyən ulduz futbolçunun transferində hər gün yeni xəbərlər bir-birini əvəzləyir. 

Almaniya millisinin sabiq ulduzunu heyətinə qatmaq üçün MLS-dən “DC United”in və Qətər təmsilçisi “Al Duhail”in hərəkətə keçdiyi iddia edilir. “Fənərbaxça”nın formasını geyinən Mesut Özilin Qətərdə görüntülənməsi də sosial mediada böyük səs-küyə səbəb olub.
 
Onun səfəri ilə bağlı qətərli jurnalist Mohamed El Gazzar isə maraqlı iddia irəli sürüb. Həmkarımız Özilin transfer danışıqları üçün ölkəsinə gəldiyini qeyd edib. Bu iddia da futbolçunun görüşdən videosu yayıldıqdan sonra ortaya atılıb. Lakin Özilin sponsorluq və əməkdaşlıq kimi şəxsi işləri səbəbindən də Qətərə gəldiyi istisna edilmir.

Cavid Sadıqov